Astanada Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
Noyabrın 4-də Astanada Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 7-ci iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasda yanacaq-energetika, iqtisadi-ticari, kənd təsərrüfatı, nəqliyyat, elm və təhsil, səhiyyə sahələrində və fövqəladə hallar zamanı birgə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Qeyd edək ki, hökumətlərarası komissiyanın iclası Qazaxıstanın neft və qaz naziri Sauat Mınbayev və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sədrliyi ilə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB