UEFA-nın nümayəndələri "Bakı" futbol klubunun bazasında olublar

UEFA-nın nümayəndələri "Bakı" futbol klubunun bazasında olublar

Bakıda UEFA-nın "Azərbaycanda Kütləvi Futbol" mövzusunda keçirilən seminarı işinə başlayıb. "Bakı" futbol klubunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 3 gün ərzində davam edəcək seminarın iştirakçıları futbol qurumlarının vəziyyəti və yerli infrastrukturla tanışlıq xarakteri daşıyan tədbirlərə qatılırlar. Seminar iştirakşıları AFFA nümayəndələri ilə birlikdə "Bakı" futbol klubunun qonağı oldular.

UEFA-nın Futbol Təhsili Şöbəsinin müdiri Frank Ludolfun rəhbərlik etdiyi 50 nəfərə yaxın heyətlə "Bakı" futbol klubuna təşrif buyuran qonaqlara bazanın imkanları və burada yaradılan şərait barədə ətraflı məlumat verilib. "Bakı" furtbol klubunun vitse-prezidentləri Yaşar Seyidov və Zeynal Məmmədov, komandanınn baş məşqçisi Vinfrid Şefer qonaqların suallarını cavablandırıblar.

Seminar iştirakçıları 17 yaşlı futbolçular arasında təşkil olunan və AFFA bayrağı altında keçiriln U-17 Azercell liqası "Bakı"-"Qarabağ" təqvim oyununu canlı izləyiblər. Qonaqlara çay süfrəsi açılıb.

A komandasının məşqinin şahidi olan UEFA təmsilçiləri baş məşqçi Vinfrid Şeferdən imza almaq imkanını əldən verməyiblər.

UEFA Futbol Təhsili Şöbəsinin müdiri Frank Ludolf və klub rəsmiləri futbolun kütləviliyinin əhəmiyyəti barədə danışıblar, UEFA tərəfindən futbolun kütləviliyinin artırılması, futbolda təhsilin gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, kütləvi futbolun tarixi barədə fikir mübadiləsi aparılıblar.

Ludolf AFFA-nın və "Bakı" futbol klubunun futbolun keyfiyyətinin artırılması və kütləviliyin təmin olunması sahəsindəki fəaliyyıtini yüksək qiymətləndirib, gələcək işlərdə uğurlar arzulayıb.

Beynəlxalq tədbirin iştirakşıları bazanın gəzintisini tamamlayandan sonra gənc futbolçulara uğurlar arzulayıb, xatirə şəkilləri çəkdiriliblər. Bazaya heyran qaldıqlarını gizləyə bilməyən futbol mütəxəssilərinə "Bakı" futbol klubunun suvenirləri və "Toplu Bakı" jurnalının son sayının nüsxələri paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə