İsrail baş nazirinin müavini İngiltərədə həbs oluna bilər

İsrail baş nazirinin müavini İngiltərədə həbs oluna bilər

İsrail baş nazirinin müavini Dan Meridor həbs edilə biləcəyindən qorxaraq İngiltərə səfərini təxirə salıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrail mətbuatında yayılan xəbərlərdə bildirilir ki, kəşfiyyat xidmətləri və nüvə enerjisinə məsul olan Meridor Kondona gedəcəkdi. Ancaq ölkənin xarici işlər və ədliyyə nazirlikləri ona İngiltərədə əleyhinə cinayət işi açılacağına və barəsində həbs-qətimkan tədbiri çıxarılacağına dair xəbərdarlıq ediblər.

Bunun səbəbi isə Meridorun İsrail ordusunun mayın 31-də "Mavi Mərmərə" gəmisinə etdiyi və 9 türkün ölümü ilə nəticələnən basqında rolunun olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə