Qırğızıstan məhkəməsi bu gün hakimiyyətdən devrilmiş sabiq prezident Kurmanbek Bakiyevin qardaşı oğlu Sancar Bakiyevi iyun ayında qətllərlə nəticələnən etnik qarşıdurmaların təşkilində ittiham edərək, 10 il həbs cəzasına məhkum edib.
SİA-nın məlumatına görə, rəsmilər Sancar Bakiyevin Oş və Cəlalabad şəhərlərində etnik qırğızlar və özbəklər arasında yüzlərlə insanın ölümü ilə nəticələnən iğtişaşlara yardım etdiyini deyirlər. Həmin zorakılıqlar zəminində 400 000-ə qədər insan yurdlarından didərgin düşmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB