Ərəb Birliyi İraqın şimalında təmsilçilik açacaq

Ərəb Birliyi İraqın şimalında təmsilçilik açacaq

Ərəb Birliyi İraqın şimalında təmsilçilik açacaq. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, bu haqda açıqlama Misirin paytaxtı Qahirədə bir araya gələn İraqın şimalındakı regional hökumətin baş naziri Berham Salih və Ərəb Birliyinin baş katibi Əmr Musanın görüşündə verilib.

Salih İraqda hökumət qurma çalışmalarına başda Ərəb Birliyi olmaqla bütün ərəb dövlətlərinin dəstək verdiyini deyib. Əmr Musa isə hökumətin qurulması və iqtisadi problemlərin həlli üçün Ərəb Birliyinin səylərini davam etdirdiyini söyləyib.

Əmr Musa yaxın zamanlarda Ərbildə açılması planlaşdırılan təmsilçiliyin paytaxt Bağdaddakı Ərəb Birliyi missiyasına bağlı fəaliyyət göstərəcəyini bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə