"İsrail Türkiyə ilə münasibətləri düzəltməsi üçün əlindən gələni etməlidir"
İsrailin məşhur qəzetlərindən olan "Haaretz" bugünkü redaksiya yazısını "Mavi Mərmərə" basqınına həsr edib. Baş yazıda İsrailin Türkiyə ilə münasibətləri düzəltməsi üçün əlindən gələni etməli olduğu bildirilib.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, münasibətlərin Ədalət və İnkişaf Partiyasının iqtidara gəlməsi ilə pozulmağa başlamadığı vurğulanan yazıda qeyd edilib ki, altı il ərzində iki hökumət və iki cəmiyyət ortaq mənafeləri bölüşən mütləq müttəfiq kimi hərəkət edib.
"Haaretz" Qəzza zolağına tətbiq edilən embarqo, "Tökmə qurğuşun" əməliyyatı və alçaq kreslo böhranının iki ölkə arasında dönüş nöqtələri olduğunu bildirib.
"Mərmərə" basqınının Türkiyə ilə İsrail arasındakı bağlarda tarixi geriləməyə səbəb olduğunu yazan qəzet "Prestij xəstəliyimizin öhdəsindən gəlib bu əlaqələri xilas etmək üçün əllimizdən gələni etməliyik" cümləsinə də yer verib.
Yazıda qeyd edilib ki, İsrail basqında ölən türk vətəndaşları üçün rəsmi üzr istəməsə belə, hökumətin üzüntüsünü açıqlaması və ölənlərin ailələrinə simvolik təzminat ödəməyi qəbul etməsi fəlakət olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB