Azərbaycanın İsveçdəki səfirliyi prezident seçkilərinə hazırdır

İsveçdə yaşayan Azərbaycan vətəndaşlarının aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində səs vermələrinin təmin edilməsi məqsədilə ölkəmizin Stokholmdakı səfirliyi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın İsveçdəki səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşlarının seçki hüquqlarının maneəsiz həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Belə ki, seçkilərə hazırlıq işləri çərçivəsində səfirlik nəzdində konsulluq qeydiyyatında olan və səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının adları seçici siyahısına daxil edilib, həmin siyahı təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Konsulluqda Mərkəzi Seçki Komissiyasının təlimatına uyğun məntəqə seçki komissiyası yaradılıb. Burada 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 39 saylı məntəqə fəaliyyət göstərir.

Səfirlik tərəfindən, həmçinin seçki siyahısında adları qeyd olunan vətəndaşlara seçkilər barədə elektron məktub və sosial şəbəkələr vasitəsilə məlumat verilib və onlar seçkilərdə iştiraka dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə