Samuxda tarixi abidələrin restavrasiyasına ehtiyac var- Araşdırma

Samuxda tarixi abidələrin restavrasiyasına ehtiyac var- Araşdırma

Samux rayonundakı tarixi abidələrin restavrasiya olunmasına ehtiyac var. Xüsusən 4 dövlət əhəmiyyətli qədim tarixi abidənin ömrünün uzadılması qaçılmaz həddə çatıb. Çünki adıçəkilən tikililər yer üzündən silinmək üzrədir. Rayonda əsrlərlə yaşı olan qədim məscid binası deyilənlərə sübutdur. Bu dini ocaq rayon ərazisində tikilən ilk məsciddir. Məscidin divarları yağış sularının təsirindən qəzalı vəziyyətə düşüb. Ümumiyyətlə, qədim məscid tikildiyi vaxtdan dövrümüzə kimi bir dəfədə olsun nə restavrasiya, nədə təmir olunmayıb.

Rayonun yerli əhəmiyyətli abidələrindən olan qədim "Abdal körpüsü" adlanan tikilidə baxmısızlıqdan yararsız vəziyyətə düşüb. Qeydiyyata götürülən abidənin bugünkü vəziyyətinə nədənsə göz yumulur. Təxminən iki əsrə yaxın yaşı olan tikililər sıraısna "Abdal piri"nidə əlavə etmək mümkündür. Bu abidə də unudulmaq üzrədir.

Məsələyə münasibət bildirən Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Süleyman Əliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, rayonda bütün abidələrin ilk növbədə restavrasiyası, paralel olaraq isə tədqiqi vacibdir.

Samux çoğrafi cəhətdən kiçik ərazidir və buradakı abidələrin sayı elədə çox deyil. Apardığımız araşdırma göstərdi ki, rayonda 10-dan artıq dövlət əhəmiyyətli tarixi abidə qeydə alınıb. Elə müsahibimizdə etiraf edir ki, abidələrin restavrasiya çox böyük məbləğ tələb etmir. Amma nədənsə hələ ki, gözlənilən işlər aparılmır.

Ümumiyyətlə, son illər ərzində Samuxda tarixi abidələrin qorunub saxlanılması üçün lazımı addımlar atılmayıb. Onu da bildirək ki, rayonda 2 əsrdən artıq yaşı olan qəbirstanlıqlar aşkar edilib. Bu qədim məzarlıqlar tarixi abidə kimi Mədəniyyət və Turizm Şöbəsi tərəfindən qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə