Azər Həsrət: “Soyqırımının törədilməsinin səbəbi aydın idi” AÇIQLAMA

Azər Həsrət: “Soyqırımının törədilməsinin səbəbi aydın idi” AÇIQLAMA

“Azərbaycanlılara qarşı soyqırımı törədilməsinin səbəbi aydın idi”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ermənilər həmin illərdə rus bolşevikləri ilə birləşib Bakını, bütövlükdə Azərbaycan torpaqlarını mənimsəmək istəyirdilər: “Eyni zamanda Azərbaycanlıları məhv edib burada ağalıq eşqinə düşmüşdülər. Ona görə də Bakı da daxil olmaqla Azərbaycanın hər tərəfində dinc əhaliyə qarşı qırğınlar törətdilər, soyqırım gerçəkləşdirdilər.

Bu məsələnin dünyaya çatdırılmasına gəlincə, əlbəttə, son illər xeyli iş görülüb. İstər beynəlxalq tribunalarda, istərsə də elmi ədəbiyyatlarda bu məsələyə geniş yer verilməyə başlayıb. O baxımdan düşünürəm ki, artıq gerçəkləri dünyaya çatdırmaq üçün imkanlar artır. Yetərincədirmi? Əlbəttə ki, indidən bunu tam əminliklə deyə bilmərik. Ən azından bir neçə beynəlxalq təşkilatın 31 martı rəsmən tanıması durumu dəyişə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə