"Namizədlərin seçkiqabağı təşviqatı ideal olmasa da, normal şəkildə aparılır"

"Namizədlərin seçkiqabağı təşviqatı ideal olmasa da, normal şəkildə aparılır"

"Namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır və hər hansı bir xoşagəlməz hal baş verməyib". SİA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İctimai Televiziya və Radio Yayımları Şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı çıxışlarına münasibət bildirərkən deyib.

MSK sədri qeyd edib ki, müəyyən edilən mövzulardan kənar çıxışların olması da normaldır: “Təşviqat kampaniyası heç bir ölkədə ideal ola bilməz. Seçki prosesi böyük bir prosesdir və hər hansı halların olması normaldır. ”Hər şey çox yaxşıdır” demək istəmirəm. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə, namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə