Lənkəranda əhalinin sayı artıb

Lənkəranda əhalinin sayı artıb

Lənkəranda cari ilin 9 ayı ərzində əhalinin sayı 1722 nəfər və yaxud 0,8 faiz artıb. Bu barədə məlumatı SİA-nın cənub bürosuna rayon Statistika İdarəsinin direktoru Vaqif Mustafayev bildirib. Onun sözlərinə görə, ilkin hesablamalara görə, oktyabrın 1-nə əhalinin sayı 209337 nəfər təşkil edib. Əhalinin ümumi sayının 40,1 faizi şəhər, 59,9 faizi isə kənd sakinləridir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfər hesabı ilə doğulanların sayı 16,0-dan 18,4-ə qədər, ölənlərin sayı isə 5,8-dən 6,5-ə qədər artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə