Ruhaninin Bakıya səfəri başladı

Ruhaninin Bakıya səfəri başladı

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər verilir ki, Ruhani Türkmənistan səfərini başa vuraraq Bakıya yollanıb. İran prezidenti səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüş keçirəcək. Martın 29-da isə iki ölkə arasında İran və Azərbaycan iqtisadi konfransı baş tutacaq.

Ruhanini Bakı səfərində müşaiyət edən nümayəndə heyətinə xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə