Brent Crude Oil markalı neftin qiyməti 84,62 dollar olub

Brent Crude Oil markalı neftin qiyməti 84,62 dollar olub
Ayın ikinci günündə də nefitin qiymətində artım müşahidə olunub. SİA-nın məlumatına görə, Nyu-York əmtəə birjası NYMEX-də WTI markalı neftin dekabr fyuçerslərinə görə qiyməti bir barelə görə 1,52 dollar artaraq 82,96 dollar olub. London əmtəə birjasında isə ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti isə 1,47 dollar artaraq 84,62 dollar təşkil edib. Qeyd edək ki, bu gün ABŞ da açıq bazar komitəsinin (FOMC) yığıncağının olması gözlənilir. Komitə bazarda neftin qiymətində olan dəyişikliklər və stimullaşdırma haqqında fikir mübadilələri aparmağı planlaşdırır. Ekspertlərin dediklərinə görə, ABŞ ehtiyat fondu bu yönümdə 500 milyard pul ayırıb. Ayırılan pul bazarın çətinlik çəkdiyi anlarda istifadə edilməyi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə