NATO Parlament Assambleyasının Varşavada keçiriləcək 56-cı sessiyasında Dağlıq Qarabağla bağlı qətnamə layihəsi müzakirəyə çıxarılacaq - XƏBƏR
"NATO Parlament Assambleyasında Dağlıq Qarabağla bağlı müzakirəyə çıxarılacaq qətnamədəki "yeddi rayonun işğalı" ifadəsi rəsmi İrəvan üçün qəbuledilməzdir". SİA-nın "arm.today" saytına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Respublika partiyasının üzvü, Ermənistanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Karen Avayan deyib. Onun sözlərinə görə, əvvəlcədən prosedur düzgün həyata keçirilməyib: "Qətnamənin müzakirə edilməsi komissiya iclaslarından kənar müzakirələrin nəticəsidir".
Noyabrın 12-16-da Varşavada NATO Parlament Assambleyasının 56-cı sessiyası keçiriləcək. Sessiyada Dağlıq Qarabağla bağlı 6 bənddən ibarət qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Sənədi Kanadanı təmsil edən depütat Raynl Andreyçek hazırlayıb. Sənəddə bildirilir: "Dağlıq Qarabağ ətrafındakı münaqişə, eləcə də yeddi rayonun işğalı bölgə xalqları üçün əzab-əziyyətə səbəb olub".
Rəsmi İrəvan iddia edir ki, bu ilin mayında Riqada NATO Parlament Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyəti qurumun sədri Con Tanerlə görüşüb. NATO Parlament Assambleyasının sədri təklif edib ki, Dağlıq Qarabağla bağlı xüsusi hesabat hazırlansın və payız sessiyasında müzakirəyə çıxarılsın. Erməni deputatların sözlərinə görə, onlar bu razılaşmadan bir ay sonra xəbər tutublar və bu ilin iyununda Con Tanerə etiraz məktubu göndəriblər. Məktubda bildirilir ki: "ATƏT-in Minsk qrupu formatından kənar təşəbbüslər danışıqlar prosesini təhlükəyə ata bilər".
O, NATO Parlament Assambleyasının rəşbərliyini Dağlıq Qarabağla bağlı müzakirələrdən çəkinməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB