MSK rəsmisi: “MSK namizədlərə bərabər şərait yaradıb" MÜNASİBƏT

MSK rəsmisi: “MSK namizədlərə bərabər şərait yaradıb" MÜNASİBƏT

“Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilər prosesi və həyata keçiriləcək hərəkətlərin “Təqvim Planı”nı təsdiq edilib. Həmin “Təqvim Planı”nına əsasən namizədlər irəli sürülüb və 8 namizəd qeydə alınıb”. Bunu SİA-ya açıqlamasında MSK üzvü İlkin Şahbazov deyib.

Onun sözlərinə görə, MSK öz səlahiyyətləri çərçivəsində həmin namizədlərə bərabər şərait yaradıb: “Belə ki, namizədlərə öz təşviqatlarını aparmaqdan ötrü artıq 84 açıq və qapalı yerlər ayrılıb. Bu təşviqat aparmaq üçün daimi yerlərdir. Həmin yerlər respublikanın bütün coğrafiyasını əhatə edir. Bundan əlavə MSK tərəfindən bütün seçki subyektlərini əhatə edəcək geniş miqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib. Bunlardan xüsusilə dairə seçki komissiyaları (DSK) sədrləri üçün maarifləndirmə tədbirini, aşağı seçki komissiyaları üçün yerlərdə keçirilən üç günlük maarifləndirmə tədbirlərini və bütün respublikanı əhatə edən, genişliyi baxımından treninqlər üçün treninq tədbirini qeyd etmək lazımdır. Bundan əlavə MSK müşahidəçilər üçün yaddaş, KİV nümayəndələrinə aid seçki üçün yaddaş, aşağı seçki komissiyalarının üzvləri üçün səsvermə gününə aid yaddaş ləvazimatları dərc edib.

Qeyd etmək lazımdır ki, müşahidəçilər üçün yaddaş üç dildə - Azərbaycan, rus və ingilis dilində çap olunub. Bunların rus və ingilis dilində dərc olunmasının əsas səbəbi beynəlxalq müşahidəçilərin 2018-ci il aprelin 11-də keçiriləcək seçkilərə marağından irəli gəlir. Belə ki, artıq 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onlardan 34 beynəlxalq təşkilatdan və 47 ölkədən olan müşahidəçilərdir. Artıq ATƏT-in uzunmüddətli müşahidə missiyası da fəaliyyətdədir və onlar burada öz müşahidələrini aparırlar. Qısamüddətli müşahidəçilərin gəlişi də gözlənilir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə