Gürcüstanda əsgərlər arasında kütləvi zəhərlənmə baş verib

Gürcüstanda əsgərlər arasında kütləvi zəhərlənmə baş verib

Gürcüstanın Sameqrelo bölgəsinin inzibati mərkəzi Zuqdididə hərbi xidmət keçən 6 əsgər göbələkdən zəhərlənib.

SİA-nın məlumatına grə, yerli xəstəxanada ilkin müayinədən sonra onlar reanimobillə Tbilisiyə gətiriliblər. Əsgərlərin ikisi reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər 2 nəfərin vəziyyətinin ağır, digər 4 nəfərin vəziyyətinin isə orta ağır olduğunu bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə