Hillari Klinton: “Vaşinqton İran təhlükəsinə qarşı regiondakı müttəfiqlərini dəstəkləyir”

Hillari Klinton: “Vaşinqton İran təhlükəsinə qarşı regiondakı müttəfiqlərini dəstəkləyir”

ABŞ dövlət katibi Hillari Klinton ABC telekanalına müsahibəsində bildirib ki, İranın İsrailə mümkün nüvə zərbəsi Birləşmiş Ştatlara edilən nüvə zərbəsi kimi qəbul olunacaq. Bu səbəbdən biz İranın zərbəsinə cavab zərbələri ilə cavab verəcəyik.

SİA-nın məlumatına görə, xanım Klinton "bizim cavab zərbələrimiz dağıdıcı olacaq və İranı yer üzündən siləcək" deyib. O, İranın nüvə proqramları ilə bağlı narahatlıqların yüksək olduğunu qeyd edib və bildirib ki, Tehrandakı indiki hakimiyyətlə bu məsələni dialoq yoluyla həll etmək mümkün deyil.

Onun fikrincə, İranda hakimiyyətə yeni şəxsin gələcəyi halda dialoq mümkün ola bilər. ABŞ dövlət katibi ölkəsinin İsrailin təhlükəsizliyinin təmin edilməsi öhdəliklərinə sadiq qaldığını deyib və bildirib ki, Vaşinqton İran təhlükəsinə qarşı regiondakı müttəfiqlərini dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə