İran Hərbi Dəniz Donanmasının komandanı: “Cənubi Qafqazı Əfqanıstan və İraqın taleyi gözləyir”
Rəsmi Tehran hərbi dəniz sahəsində region ölkələri ilə əməkdaşlıq etməyə hazırdır. SİA-nın "İSNA" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Hərbi Dəniz Donanmasının komandanı, kontr-admiral Həbibulla Səyyari bildirib. Onun sözlərinə görə, İran region ölkələri ilə o cümlədən Xəzəryanı dövlətlərlə Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün əməkdaşlıq etmək niyyətindədir: "Biz ümidvarıq ki, regionda təhlükəsizliyin təminatı üçün digər qüvvələrin iştirakına ehtiyac yoxdur. Biz hesab edirik ki, əksinə onların güc strukturlarının regionda olması Cənubi Qafqazda İraq və Əfqanıstanda mövcud olan xaosun yaradılmasına gətirib çıxaracaq. Onların taleyini yaşadacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB