Göyçaylılar İlham Əliyevin siyasətini dəstəkləyirlər FOTOLAR

Göyçaylılar İlham Əliyevin siyasətini dəstəkləyirlər FOTOLAR

11 aprel 2018 -ci ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Göyçay rayon şöbəsi, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası rayonun Aşağı Qaraməryam kənd ərazisində uğurla davam etdirilir.

SİA-nın verdiyi məlumata görə, daha sonra təbliğat qurupunun üzvləri Sahib Şükürov, Zemfira Əliyeva, Rövşən Zamanov, Elçin İsmayılov, Rövşən Şərifov, Elçin Bilalov, Elnur İsmayılov, Cavid Rəhimov, Namət Şirinov və Kənd sakinləri İbişova Gülnaz, Həsənov Aqif çıxış edərək Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək Göyçay rayon seçicilərinin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə