Prezident İlham Əliyev Salyan və Sabirabad rayonlarına səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib

Prezident İlham Əliyev Salyan və Sabirabad rayonlarına səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib

Bu ilin aprel-may aylarında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Saatlı rayonunun Yeni Novruzlu kəndi ərazisində evləri uçulan vətəndaşlar üçün təzə evlər tikilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni evlərin açılışında iştirak edib.

 

Prezident İlham Əliyev fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, qəsəbənin planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxıb. Yeni Novruzlu kənd orta məktəbinin təzə binası ilə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb və onları təbrik edib. Daha sonra Sahət Əmiraslanov kənd sakinləri adından dövlətimizin başçısına diqqət və qayğıya görə minnətdarlıq edib.

 

Azərbaycan prezidenti İlham Əliyev həmçinin Sabirabadın Mürsəlli kəndində Yusif Qasımov adına orta məktəbin əsaslı şəkildə təmir olunmuş binasının açılışında iştirak edib. Məlumat verilib ki, 320 şagird yeri olan məktəbin ikimərtəbəli binasında uşaqların təhsil alması üçün hər cür şərait yaradılıb. Dövlət başçısı yaradılmış şəraitlə tanış olub. Daşqınlar zamanı ziyan dəymiş ərazilərdə aparılan tikinti və yenidənqurma işlərinə dair təqdimat olub.

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad rayonunda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Sonra dövlət başçısı kənd sakinləri ilə görüşüb. Məktəbin direktoru Əhəd Şükürov kənd sakinləri adından prezidentə diqqət və qayğıya görə minnətdarlıq edib.

 

Daha sonra Prezident İlham Əliyev Şıxlar kənd sakini Ağaşirin Tarverdiyevin yeni tikilmiş evində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə