Cari ilin ötən 9 ayı ərzində Şirvanda 89 qayda pozuntusu faktı aşkar edilib

Cari ilin ötən 9 ayı ərzində Şirvanda 89 qayda pozuntusu faktı aşkar edilib

Şirvan şəhər elektrik şəbəkəsində sentyabr ayında keçirilmiş reydlər zamanı 2 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilib.

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 8,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 518 manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilib.

Qeyd edək ki, cari ilin ötən 9 ayı ərzində isə burada 89 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunub, 735,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 44,1min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həmin bu məbləğin də 67 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Hacıqabul paylayıcı elektrik şəbəkəsində də 9 ay ərzində keçirilmiş reydlər zamanı 332 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. 2 milyon 67,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 124 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 25 faizə yaxın hissəsinin ödənişi təmin edilib. Qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Cari ilin sentyabr ayında 33 qayda pozuntusu faktı aşkar olunub. 133,5 min kilovatsaat itirilmiş elektrik enerjisinin 8 min manatdan artıq istehlak dəyəri bərpa edilib.

Hesabat ayında həmin bu məbləğin 26 faizə yaxın hissəsinin ödənişi təmin edilib.

Lerik paylayıcı elektrik şəbəkəsində cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 25 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 57,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,5 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 32 faizə yaxın hissəsinin ödənişi də təmin edilib.

Ümumilikdə 2010-cu ilin 9 ayı ərzində 135 qayda pozuntusu faktı aşkar edilərək 658,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Bu məbləğin 38 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə