Lerikə ilk qar yağıb

Lerik rayonuna ilk qar yağıb. Lənkəran Regional Hidrometeroloji Mərkəzinin direktoru İdris Höccətovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, ötən gün yağan güclü yağış tədricən sulu qara çevrilib. Rayonun yüksək dağlıq ərazilərində 1-2 santimetr qalınlığında qar düşüb. O, temperaturun sıfır dərəcəyə yaxın olduğunu bildirib.

İdris Höccətov regionda yağışlı hava şəraitinin fasilələrlə davam etdiyini, ən çox yağıntının Lənkəran rayonunda düşdüyünü qeyd edib. Çaylarda sululuğun artması hələlik qeydə alınmayıb. Noyabr ayında da arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Dağlıq ərazilərdə yağışın sulu qara və qara keçəcəyi ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə