Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasınmda telefon danışığı olacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, telefon danışığı axşam saatlarında baş tutacaq. R.T.Ərdoğanla D.Trampın iki ölkə arasındakı əlaqələrin hazırki vəziyyətini, bölgədəki, xüsusən də Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB