Xəzər Dənizi ölkələrinin xarici işlər nazirlərinin müavinləri Bakıda toplanacaq

Xəzər Dənizi ölkələrinin xarici işlər nazirlərinin müavinləri Bakıda toplanacaq

Cari ilin 3 - 4 noyabr tarixlərində Bakıda Xəzər Dənizinin təhlükəsizliyi sahəsində əməkdaşlığın müzakirə edilməsi məqsədilə Xəzər Dənizi ölkələrinin xarici işlər nazirlərinin müavinlərinin növbəti toplantısının keçirilməsi planlaşdırılır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirin açılışında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edəcək.

Tədbirin nəticələrinə həsr edilmiş mətbuat konfransını Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov aparacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə