Türkiyə “Qırmızı kitaba” İsraili təhlükə vəd edən dövlət kimi daxil edib, Ermənistanı isə çıxarıb

Türkiyə “Qırmızı kitaba” İsraili təhlükə vəd edən dövlət kimi daxil edib, Ermənistanı isə çıxarıb

Türkiyənin Milli Təhlükəsizlik Şurası ölkə üçün potensial daxili və xarici təhlükə mənbələrinin göstərildiyi, dövlətin strateji siyasət və təhlükəsizlik xəttinin müəyyən olunduğu və "Qırmızı kitab" kimi tanınan sənədin bəzi nüansları bəlli olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya, Bolqarıstan, Ermənistan və İran kimi ölkələr Türkiyə üçün potensial xarici təhlükələr siyahısından çıxarılıb.

 

Lakin Türkiyənin ən yaxın müttəfiqlərindən olan İsrail xarici təhlükə mənbəyi kimi yer alıb. İsrailin təhlükə mənbəyi kimi göstərilməsi bu ölkənin Yaxın Şərqdə yeritdiyi siyasətlə izah edilir. Bildirilir ki, İsrail regionda qeyri-stabilliyin əsas mənbəyidir və bu ölkənin siyasəti silahlanma yarışına səbəb olur.

 

Türkiyə sonuncu dəfə İsraili təhlükə mənbəyi kimi 1949-cu ildə "Qırmızı kitab"- a daxil edib. Keçmiş sovet respublikalarından ancaq Rusiya Türkiyə üçün potensial təhlükə mənbəyi kimi qalıb.

 

Qeyd edək ki, "Qırmızı kitab"ın yeni forması Türkiyənin yaxın 5 il üçün xarici və daxili siyasətinin əsas prioritetlərini müəyyən edəcək.

 

Xatırladaq ki, Milli Təhlükəsizlik Konsepsiyası xarakteri daşıyan sənəddə düşmən və dost ölkələr müəyyənləşdirilir, ölkənin xarici siyasətinin təməl prinsipləri yer alır, dövlət üçün daxili təhdid sayılan qüvvələr qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə