TÜRKPA müşahidəçilər missiyası Azərbaycanda seçkiləri müşahidə edəcək
5-9 Noyabr 2010-cu il tarixləri arasında Qazaxıstan və Türkiyə Parlamentlərinin millət vəkillərindən ibarət Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəcilər missiyası 7 Noyabrda Azərbaycanda keçiriləcək Parlament seçkilərini izləmək məqsədi ilə Azərbaycana səfər edəcəkdir.
TÜRKPA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində beynəlxalq müşahidəçilər missiyası namizədlərə yaradılmış şərait, onların seçicilərlə görüş prosesini izləyəcək, təbliğatın qadağan olunduğu 6 Noyabr tarixində necə riayət olunduğunu müşahidə edəcək və seçki günü müxtəlif məntəqələrdə seçkilərin gedişatını izləyəcəkdir. Eyni zamanda beynəlxalq müşahidəçilər missiyasının MSK sədri Məzahir Pənahovla, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
8 Noyabr 2010-cu il tarixində TÜRKPA beynəlxalq müşahidəçilər missiyası seçkilərin nəticələrinə dair ilkin hesbatını mətbuat konfransı keçirərək açıqlayacaqdır.Nümayəndə heyətinin tərkibində Qazaxıstan Parlamentindən 3, Türkiyə Parlamentindən 5 millət vəkili təmsil olunur. TÜRKPA Baş katibinin Türkiyə və Qazaxıstandan olan müavinləridə beynəlxalq müşahidəçi qismində seçkiləri müşahidə edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB