Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacaq.
Hava arabir tutulacaq. Yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-13°, axşam 10°-yə yaxın olacaq.
Noyabrın 2-də dəyişkən buludlu, arabir tutqun hava olacaq. Gecə və səhər bəzi yerlərdə çiskinli az yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10°, gündüz 12-14° təşkil edəcək.
Noyabrın 3-də hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10°, gündüz 13-15° olacaq.
Noyabrın 4-də gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-qərb, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 14-17° təşkil edəcək.
Azərbaycanın qərb rayonlarında sabah əsasən yağmursuz, səhər duman, şərq rayonlarında arabir yağıntılı keçəcəyi, ayın 1-dən 2-nə keçən gecə Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 15-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° olacaq.
Noyabrın 3-4-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 16-21°, dağlarda gecə 0-3°, gündüz 6-11° olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB