MDB müşahidəçiləri bölgələrə səfər ediblər

MDB müşahidəçiləri bölgələrə səfər ediblər

Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının üzvləri Azərbaycanın regionlarında seçki kampaniyasının gedişi ilə tanış olurlar. Müşahidə missiyasının qərargahından SİA-ya verilən xəbərə görə, müşahidəçilər Bakıda yerləşən seçki dairələri ilə yanaşı, Sumqayıt, Şamaxı, Tovuz və Ağstafada da olublar.

 

Eyni zamanda MDB müşahidəçiləri Ali Məhkəmə və Respublika Prokurorluğunda da görüşlər keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə