Azərbaycanın BMT-dəki daimi nümayəndəsi quruma Serj Sarkisyanla bağlı məktub ünvanlayıb
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Ermənistan prezidenti Serj Sarkisyanın erməni diasporunun üzvü olan jurnalistlərlə görüşündəki qeydləri ilə bağlı BMT baş katibinə məktubla müraciət edib. BMT-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, A. Mehdiyev məktubda qeydlərdə Ermənistanın irqçi ideologiyasının açıq şəkildə əks olunduğunu bildirib: "Ermənistan prezidenti ermənilərin digər millətlərdən, o cümlədən azərbaycanlılardan üstün olduğunu iddia edir və azərbaycanlıları "müsəlman-türk köçəri tayfası" adlandırır. Görünür, Ermənistan prezidenti unudub ki, dünya keçmişdə bu cür "genetik tədqiqatların" dəhşətli nəticələrindən necə əziyyət çəkib. Ermənistanın keçmiş prezidenti Robert Koçəryanın "Ermənilər və azərbaycanlılar arasında etnik uyğunsuzluq" barədə şərhlərinin beynəlxalq birliyin haqlı narazılığına səbəb olub. Ermənistanın yüksək rütbəli rəsmilərinin amansız etnik ayrı-seçkilik ideyaları təbliğ edən və beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin insanlığın mənəvi və etik prinsiplərinə zidd olan bəyanatlar verməsi birinci dəfə deyil. Avropa Şurasının o vaxtkı baş katibi Valter Şvimmer bildirmişdi ki, Koçəryanın şərhləri müharibə qızışdıran, aqressiv və nifrət dolu bəyanatdan başqa bir şey deyil. Avropa Şurası Parlament Assambleyasının o vaxtkı sədri Piter Şider isə bildirmişdi ki, Avropa Şurası yaradıldığından bəri etnik uyğunsuzluq ifadəsini eşitməyib".
A. Mehdiyev öz məktubunda: "Serj Sarkisyanın qeydləri rəsmi Yerevanın Ermənistanın dövlət siyasətini formalaşdıran irqi ayrıseçkilik və nifrət ideyalarının daşıyıcısı kimi hərəkət etdiyini bir daha sübut etdi. Təmsil etdiyim Azərbaycan Respublikası əmindir ki, Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və sabitlik yaratmaq üçün beynəlxalq birlik birgə səylərlə Ermənistan Respublikasını irqi və dini motivlərdən çıxış edən siyasət və təcrübədən əl çəkməyə, Azərbaycan Respublikasının ərazilərində qanunsuz işğala son qoymağa, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyə və bütün regional dövlətlərlə sivil əlaqələr qurmağa inandırmalıdır. Bunun alternativi yoxdur"-deyə o, bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB