Masallının Təklə-Əhmədli kəndlərində 475 abonent təbii qazla təmin olunub

Masallının Təklə-Əhmədli kəndlərində 475 abonent təbii qazla təmin olunub

Cari ilin 9 ayını Masallı rayon Qaz İstismar Sahəsi üçün uğurlu saymaq olar. Masallı Qaz İstismar Sahəsinin rəisi Səməd Nurullayevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, ötən dövrdə Təklə-Əhmədli kəndlərinin qaz təchizatı yenidən bərpa edilərək, ümumilikdə bu ərazidə 475 abonent təbii qazla təmin olunub. Çaxırlı kəndində də təmir-bərpa işləri başa çatdırılıb, 320-dən cox abonentin mənzilinə sayğac quraşdırılıb və yaxın günlərdə bu əraziyə qazın verilişi təmin olunacaq.

Rayonda ümumtəhsil məktəblərinin qazlaşdırılması istiqamətində xeyli iş görülüb. Belə ki, rayonun 22 ümumtəhsil məktəblərinin qazlaşdırılmasından ötrü layihə-smeta sənədlərinin hazırlanması üçün texniki şərtlər verilib, Təzə Alvadı kənd orta məktəbinin, Ərkivan qəsəbə 2 saylı orta məktəbinin və Masallı şəhər 4 saylı orta məktəbinin layihə sənədləri hazırlanıb.

Hal-hazırda Masallı şəhərinin qaz təsərrüfatının yenidənqurulması işləri davam etdirilir, mərkəzi küçələrdə daşıyıcı xətlər çəkilir və artıq şəhər mərkəzində fərdi şəkildə 477 ədəd qaztənzimləyici avadanlıq və sayğaclar quraşdırılıb. Paralel olaraq rayon mərkəzində və Lürən kəndi istiqamətində daşıyıcı xətlərin çəkilişi davam etdirilir. Eyni zamanda Təzə Alvadı Qaz Paylayıcı Stansiyasından Muğan kəndləri istiqamətində daşıyıcı qaz kəmərinin çəkilişinə başlanıb. Artıq bu istiqamətdə 3500 p/m uzunluğunda xətt çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə