Taliban daha bir mahalı ələ keçirdi

Taliban daha bir mahalı ələ keçirdi

Taliban təşkilatı Əfqanıstanın şərqində daha bir mahalın idarəçiliyini ələ keçirib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, təşkilatın mətbuat katibi Zabullah Macahid təşkilat üzvlərinin şiddətli döyüşdən sonra Qazne vilayətinin Hoqyani mahalındakı dövlət binalarını ələ keçirdiyini, binaları qoruyan polislərin öldürüldüyünü və ya həbs edildiyini bildirib.

 

Taliban üzvlərinin basqını zamanı mahalda olmayan Hogyani polis rəisi Məhəmməd Yasin də dövlət idarələrinin Talibanın əlinə keçdiyini təsdiqləyib. Amma o, ölən və yaralananların sayı ilə bağlı açıqlama verməyib.

 

Qeyd edək ki, Taliban 350-dən çox mahalın olduğu Əfqanıstanda 10-a qədər mahalı idarə edir. Bir çoxunda isə mövcudluğunu davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə