Göytəpədəki Təlim Tədris Mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Sərhəd Qoşunlarının Göytəpədəki Təlim Tədris Mərkəzində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, yüzlərlə valideynin, şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Sonra Hərbi Hissənin komandiri, polkovnik-leytenant Mehman Yusifov məruzə edərək bildirib ki, bu gün sədaqət andı içən hər bir əsgər sərhəd qoşunlarının bundan sonrakı inkişafınada öz layiqli töhfəsini verəcək. Azərbaycanın dövlət müstəqilliyinin məhz dahi öndər Heydər Əliyevin böyük tarixi xidmətləri sayəsində mümkün olduğunu önə çəkən natiq hazırda ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, dövlətimiz müstəqillik yolunda inamla irəliləyir, iqtisadi, siyasi və hərbi qüdrətini durmadan artırır. İlham Əliyev dahi öndər Heydər Əliyevin sərhəd siyasətini də uğurla davam etdirərək sərhəd qoşunlarını daim dövlət qayğısı ilə əhatə edir.
Ölkə başçısı İlham Əliyevin 2010-cu il apel ayının 19-da Göytəpə Qarnizonuna gəlişi, Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkə sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğısının əyani təzahürüdür. Natiq məruzəsini İlham Əliyevin Sərhəd Qoşunları qarşısında qoyduğu vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcəklərinə inam ifadə edən sözlərlə yekun vrararaq bir daha gənc əsgərləri hərbi andiçmə münasibətilə təbrik edib,onlara vətən sərhədlərini mühafizəsində uğurlar arzulayıb.
Gənc əsgərlər meydanın mərkəzinə düzülərək Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, dövlətimizə, xalqımıza sədaqətli olacaqlarına and içiblər.
Andiçmə mərasimindən sonra Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini ,general-mayor Məhəmməd Abbasquliyev sərhədçiləri əlamətdar bayram münasibətilə təbrik edib, hərbi andın hər bir əsgər üçün doğma Vətənə sədaqətlə xidmət etmək, mübariz, mətin, cəsur və qorxmaz olmaq, öz canını və qanını belə əsirgəmədən dövlət sərhədlərimizin toxunulmazlığını və təhlükəsizliyini təmin etmək olduğunu bildirib. DSX rəsmisi nitqini bu sözlərlə bitirib: "Vətəni, ailənizi qorumaq - sərhədi qorumaqdır. Sərhədi nə qədər yaxşı qorusan, o qədər sizin valideynləriniz, xalqımız rahat yatacaqdır. Mən bu yolda sizlərə uğurllar arzulayıram"
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin gənc əsgərlərə təbrik məktubunun mətni oxunub.
Toplantıda gənc əsgərlər və valideynlər adından Ziyadxan Səfərov çıxış edərək Vətənin müqəddəs torpaqlarını qorumağın şərəfli iş olduğunu, bu gün hər bir azərbaycanlının zəbt olunmuş torpaqlarımızın geri qaytarılması üçün Ali Baş Komandanın əmrinə hazır olduğunu bildiriblər. Sonda şəxsi heyət təntənəli marşın sədaları altında nizamlı addımlarla tribuna önündən keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB