Bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında partlayış baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, polislərin növbə çəkdiyi məntəqəyə girən kamikadze özünü partladıb. Partlayış nəticəsində 10-u polis, 12-si mülki vətəndaş olmaqla 22 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib. İlkin məlumatlara görə, yaralananlar arasında bir İran və bir Yunanıstan vətəndaşı da var.
İstanbul Polis İdarəsinin rəisi Hüseyn Çapkın hücumun "canlı bomba" tərəfindən həyata keçirildiyini təsdiqləyərək, cəsədi tapılan terrorçunun yanında partlamamış ikinci bombanın da tapıldığını bildirib.
Hadisə ilə bağlı istintaq başladıldığını deyən polis rəisi bildirib ki, terrorçu polis avtomobilinin içinə gərməyə çalışıb, amma buna müvəffəq olmayınca özünü kənarda partladıb. Taksim meydanına giriş-çıxışlar qadağan edilib.
Hadisə yerində barrikadalar qurulub. Polis ikinci bir partlayış ehtimalına qarşı səfərbər olub. Bölgə üzərində uçan vertolyotlar da əməliyyata dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB