"Biz NATO-nun tәrәfdaşı deyil, onun sahibiyik"

"Biz NATO-nun tәrәfdaşı deyil, onun sahibiyik"

Noyabr ayında Türkiyәnin xarici siyasәt gündәmi sıx olacaq. Türkiyә Avropa Şurasının növbәti sәdrliyini tәhvil alaraq önәmli bir vәzifәni öhdәsinә götürәcәk.

SİA-nın "trt"yə istinadən verdiyi məlumata görə, Çinә sәfәri davam edәn Türkiyənin xarici işlәr naziri Әhmәd Davudoğlu jurnalistlәrin suallarını cavablayarkәn Türkiyә-NATO münasibәtlәrinә dә toxunub.

Davudoğlu qeyd edib ki, biz NATO-nun tәrәfdaşı deyil, onun sahibiyik, prinsiplәrimiz açıq-aydındır, bizi yolumuzdan döndәrmәk mümkün deyil. NATO müdafiә sistemidir. Burada üç önәmli mәqam var. Birincisi Türkiyә NATO-ya üzv ölkәdir. İkincisi tәhlükәsizlik yalnız NATO ölkәlәrini әhatә etmәlidir. Üçüncüsü isә qonşularımızı tәhdid olaraq görmürük. Doğru bir şeyi müdafiә edәrsәk, yalnız qalmaqdan qorxmarıq.

Davudoğlu bildirib ki, NATO-nun әmәliyyatlarına heç bir töhvәsi olmayan Kıbrıs Rum İcmasının qәrar vermә sәlahiyyәtinә sahib olmasını qәbullanmamız qeyri-mümkündür. Xarici işlәr naziri son günlәrdә Yunanıstan ilә Türkiyә arasında әlaqәlәrin inkişaf etdiyinә dә diqqәt çәkәrәk qeyd edib ki, ümidverici irәlilәyişlәr var. Sәbrlә sülhә doğru irәlilәmәliyik.

Çinə sәfәri çәrçivәsindә ilk olaraq Sincan Uyğur Muxtar Cümhuriyyәtini ziyarәt edәn xarici işlәr naziri Әhmәd Davudoğlu Shiyan şәhәrindә böyük tarixi mәscidi gәzib. Daha sonra mәşhur yeraltı heykәl ordusu Terra Kotta әsgәrlәrinin olduğu muzeyә baş çәkib.

Sәfәri çәrçivәsindә Әhmәd Davudoğlu Çin iqtisadiyyatının önәmli mәrkәzi olan Şanxayda da olub

Bütün xəbərlər Facebook səhifəmizdə