Azərbaycan Respublikasının Almaniyadakı səfirliyindən alınan məlumata görə, oktyabrın 28-də Berlində, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində "Ağdam – Qafqaz Xiroşiması və ya ruhlar şəhəri" adlı foto sərgi keçirilib.
SİA-nın məlumatına görə, Almaniyadakı səfirliyimiz və İnam Pluralizim Mərkəzi tərəfindən təşkil edilən fotosərgidə əsas məqsəd sərgi iştirakçılarına işğal altında olan torpaqlarımızın tarixi və müasir vəziyyəti barədə məlumat çatdırmaq olub. Fotosərgidə Almaniya media qurumları, o cümlədən azad jurnalistlər, elm-təhsil müəssisələrinin və siyasi fondların nümayəndələri, biznes strukturlarının təmsilçiləri, ölkəmizlə maraqlanan almanlar, Azərbaycan diasporunun təmsilçiləri və bu ölkədə təhsil alan azərbaycanlılar iştirak ediblər.
Fotosərgini açan Almaniyadakı səfirimiz P.Şahbazov Dağlıq Qarabağ münaqişəsinin tarixi və münaqişənin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti barədə ətraflı məlumat verib. O, 1992-1993-cü illərdə Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən işğalından və aparılan etnik təmizləmədən sonra bu ərazilərdə yerləşən tarixi-mədəni abidələrin vəhşicəsinə dağıdıldığını diqqətə çatdırıb. Azərbaycan səfiri ATƏT çərçivəsində münaqişəni həlli ilə bağlı aparılan sülh danışıqlarının davam etdiyini, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə ümidini itirmədiyini bildirib.
Sonra Ermənistan tərəfindən işğal olunmuş Ağdamın müharibədən əvvəlki və sonrakı vəziyyətindən bəhs edən film nümayiş olunub.
Filmin nümayişindən sonra təşkil edilmiş diskusiyada iştirakçıların sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB