“Çoxluqlar azlıqlara qarşı” paneldə çıxışlar başladı

“Çoxluqlar azlıqlara qarşı” paneldə çıxışlar başladı

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda üçüncü panel üzrə müzakirələr başlayıb. SİA-nın verdiyi məlumata görə, “Çoxluqlar azlıqlara qarşı” mövzusu ətrafında çıxışlar gedir.

Separatçı siyasətin məqsəd və nəticələri: müasir milli dövlətin gələcəyi necədir? Etnik rəqabət, əraziyə yönəlmiş hakimiyyət siyasəti; səmərəli və müasir idarəetmə qaydalarına meydan oxuyan şiddətli güc mübadiləsi müqavilələrinin zənginliyi. Qlobal siyasətdə hərtərəfli və ədalətli idarəetmə yolları hansılardır? Beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunmaq üçün hansı dərslər öyrənilməlidir?

Panelin moderator Latviya Respublikasının Prezidenti (2007-2011) Valdes Zatlersdir. Əsas spiker Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniçdir.

Digər spikerlər Bolqarıstan Respublikasının Prezidenti (2012-2017) Rosen Plevneliyev, Belçika Krallığının Baş naziri (2008; 2009-2011) Yves Leterme, Sloveniya Respublikasının Prezidenti (2007-2012) Danilo Turk, Livan Respublikasının Prezidenti (1982-1988) Amin Gemayel, Gürcüstan Baş nazirinin müavini (2010-2012) Eka Tkeşelaşvili, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rasizmə qarşı Avropa Şəhərləri Koalisiyasının (ECCAR) Prezidenti Benedetto Zakkirolidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə