Bakı Apellyasiya Məhkəməsinin qətnamələrinə əsasən MSK daha 4 nəfərin namizədliyini qeydə aldı - SON XƏBƏR

Bakı Apellyasiya Məhkəməsinin qətnamələrinə əsasən MSK daha 4 nəfərin namizədliyini qeydə aldı - SON XƏBƏR

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq "İnsan Naminə" siyasi partiyalar blokunun 1 nəfər səlahiyyətli nümayəndəsi təsdiq edilib. Daha sonra 2010-cu il 7 noyabr tarixinə təyin edlmiş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul olunub.

 

İclasda seçki günü aşkarığın təmin edilməsi məqsədilə seçki məntəqələrində "veb-kamera"ların tətbiq olunması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, respublika ərazisində ümumilikdə 500 məntəqədə "veb-kamera"lar quraşdırılıb ki, bu da seçki məntəqələrinin 10 faizin təşkil edir. O, bildirib ki, bu kameralar vasitəsilə səsvermə kabinəsi istisna olmaqla seçki məntəqəsindəki bütün seçki prosesini müşahidə etmək mümkündür.

 

Daha sonra Bakı Apelylasiya Məhkəməsinin qətnamələrinin icrası ilə bağı qərarlar qəbul olunub. Belə ki, sözügdən məhkəmənin 4 nəfərin namizədliyinin qeydə alınması barədə qətnamələr MSK tərəfindən icra olunub.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, seçki dairələrində namizədlərin keçirdiyi bütün tədbirlərlə bağlı dairə seçki komissiyasına məlumat verilməlidir. Polisin də seçki prosesində rolunu yüksək qiymətləndirən MSK sədri qeyd edib ki, polis hər bir namizədin seçicilərlə görüşü zamanı təhlükəsizliyi təmin etməlidir: "Əgər namizəd tədbirin keçiriləcəyi yer və vaxt barəsində dairə seçki komissiyasına məlumat versə və seçki dairəsi təhlükəsizliyin təmin olunması üçün polisə məlumat verməsə bu zaman yaranacaq hər hansı bir xoşagəlməz hala görə, məsuliyyəti məhz seçki dairəsi daşıyır. Əksinə seçki dairəsi və polis görüşlə bağlı məlumatlandırılmasa bu zaman məsuliyyəti namizəd daşıyır. Polis öz vəzifəsini yerinə yetirir. Harada və niyə polis var iddiası heç kim tərəfindən irəi sürülə bilməz".

 

M.Pənahov seçkiləri 991 beynəlxalq müşahidəçinin izləyəcəyini diqqətə çatdırıb. Onlar ümumilikdə 51 ölkəni təmsil edirlər. Ölkə üzrə 2400 nəfərdən çox, dairələr üzrə isə seçkiləri müşahidə etmək üçün 31260 nəfər qeydiyyatdan keçib. MSK sədri 11 xarici KİV-in ümumilikdə 28 nümayəndəsinin seçkiləri işıqlandırmaq üçün rəhbərlik etdiyi qurum tərəfindən qeydə alındığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə