Eldar Əzizov: “Hacıkənt qəsəbəsindəki evlərin əkəsriyyəti yararsız və qəza vəziyyətindədir”

Eldar Əzizov: “Hacıkənt qəsəbəsindəki evlərin əkəsriyyəti yararsız və qəza vəziyyətindədir”

"Hacıkənt qəsəbəsindəki problemlərin həlli kompleks şəklində aparılmalıdır. Bu gün sözügedən qəsəbədəki ağır vəziyyətin həll olunmaması ən zəif yerimizdir".

SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. Onun sözlərinə əsasən ərazidə məskunlaşan məcburi köçkün olan insanların köçürülməsi işi hələlik ləng gedir.

"İnsanlar dəfələrlə xahiş edirlər ki, bu il də bizə dəyməyin, gələn il də dəyməyin və bizlər də heç nə edə bilmirik. Ancaq artıq proses başlayıb. Onlara daha rahat, yüksək səviyyədə inşa edilən evlər təklif olunur, ancaq əhali bu gün köçmək istəmir. Qəsəbədəki evlərin əkəsriyyəti yararsız və qəza vəziyyətindədir. Bu da bir sıra hadisələrə yol aça bilər", deyə E.Əzizov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə