® Fuad Muradov 2 gündə 5 böyük görüş keçirib - FOTOSESSIYA

® Fuad Muradov 2 gündə 5 böyük görüş keçirib - FOTOSESSIYA

29 saylı Səbail seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Fuad Muradovun təbliğat-təşviqat kampaniyası çərçivəsində 29-30 oktyabr tarixlərində Xanlar 42, Qurban Abbasov 50, Aydın Quliyev küçələrində, həmçinin Badamdar qəsəbəsində 2 böyük görüş keçirilib.

Seçicilər deputatlığa namizəd Fuad Muradovu alqışlarla qarşılayıb. Hər birində 200-dən çox seçicinin iştirak etdiyi görüşlərdə Fuad Muradov seçiciləri qarşısında çıxış edib. Bildirib ki, indiyə kimi 1500 seçici ilə bilavasitə Milli Məclisdə və deputat ofisində görüşüb. "Ayda bir dəfə yerlərdə seçicilərlə görüşürəm. Təxminən yerlərdə 100-ə yaxın görüş keçirmişəm. Telefon, elektron poçt və s. vasitəsilə təxminən 1000-ə yaxın seçici ilə ünsiyyətim olub. Təxminən 1000 nəfərdən rəsmi müraciət almışam, bu müraciətlərin təxminən 47 faizi öz müsbət həllini tapıb, digərləri isə aidiyyəti üzrə qurumlara göndərilib. Bundan başqa 2500 ailəni qəbul etmişəm və 600 ailənin problemi tam həll olunub".

Seçicilər çıxış edərək bildiriblər ki, xü­su­si­lə as­falt ör­tü­yü­nün tam ya­rar­sız və­ziy­yət­də ol­du­ğu Xan­lar kü­çə­lə­rin­də­ki su bo­ru­la­rı­nın na­saz­lıq­la­rı­nın ara­dan qal­dı­rıl­ma­sı­nı, ka­na­li­za­si­ya sis­te­mi­nin bər­pa­sı­nı, hə­min kü­çə­lər­də­ki as­falt ör­tü­yü­nün əsas­lı tə­mi­ri­ni, uzun fa­si­lə­lər­lə yı­ğı­lan məi­şət tul­lan­tı­la­rı­nın in­ten­siv və vax­t­lı-­vax­tın­da tə­miz­lən­mə­si­ni, kü­çə­lər­də­ki işıq­lan­dır­ma sis­te­mi­nin bər­pa­sı­nı və s. bu ki­mi prob­lem­lə­rin həl­li­ Fuad Muradovun vasitəsi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə