“Xan Bağı”na yeni ağaclar əkilib

“Xan Bağı”na yeni ağaclar əkilib

Qafqazın ən qədim parklarından olan "Xan Bağı"na yeni ağac və gül kolları əkilib. SİA-nın qərb bürosu xəbər verir ki, yşıllaşdırma aksiyasına Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovda qoşulub.

Bildirək ki, 13 növdə olan bitgilər İtaliya, İran, Livan Türikyə və digər dövlətlərdən sifarişlə alınıb. Ümumiyyətlə, vaxtı ilə bu tarixi ərazidə 160 növ ağac olub. Hazırda isə bu rəqəm 60-dək azalıb.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamına əsasən "Xan Bağı" istirahət mərkəzinin yenidən qurulması üçün 2 mln manat məbləğində vəsait ayrılıb. Tikinti üçün Rusiya və Türkiyə dövlətlərindən gətirilən inşaat materialları ilə yanaşı, yerli tikinti məhsullarından da istifadə olunur. "Xan Bağı" istirahət mərkəzinin yeni simada dekabr ayının sonları və ya 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə