Artıq nəqliyyatın hərəkəti üçün sürücüyə ehtiyac qalmayıb

Artıq nəqliyyatın hərəkəti üçün sürücüyə ehtiyac qalmayıb

13 min kilometr yolu sürücüsüz qət edən avtobuslar dünyanı təəccübləndirib. SİA-nın məlumatına görə, mikroavtobuslar İtaliyadan Çinə sürücü köməyi olmadan gedib. İlk baxışda digərlərindən çox fərqi olmayan bu mikroavtobusların hərəkətində əslində heç bir insan əməyindən istifadə edilmir. İtaliyada icad edilən nəqliyyat vasitələri Şanxaydakı dünya sərgisinə qədər 13 min kilometr yolu insan köməyinə ehtiyacı olmadan qət ediblər. Yüksək texnologiyalı kompüterlər və kameralarla təchiz edilmiş vasitələr nə vaxt əyləc ediləcəyinə, nə vaxt qaza basılacağına, hansı yolda saatda neçə kilometr sürətlə gediləcəyinə özləri qərar verirlər.

Dünya sərgisində böyük maraqla qarşılanan mikroavtobuslar gələcəyin nəqliyyat vasitələri kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə