“Youtube”da Rəfael Piriyev adlı "mühacir"in video müraciəti yayılıb. Dünənə qədər ağalarının, Əli Kərimli adlı "mənəvi ata"sının yalanlarına uyub Azərbaycan prezidentini və xalqımızı təhqir edən bu subyekt iki gündən sonra "ağıllanmaq" qərarına gəlib və “YouTube” video platformasında üzr istəyib.
R.Piriyevin “Youtube”dakı öz kanalına yerləşdirdiyi üzrxahlıq videosunda ölkə prezidentindən və xalqımızdan dəfələrlə üzr istəyərək, etdiyi təhqirlərə görə peşman olduğunu ifadə edib: “Bu yaxınlarda paylaşdığım bir videoya görə bir az danışmaq istəyərdim. Başda İlham Əliyev olmaqla, bütün xalqıma səslənirəm. Mən o söyüşlərimə görə üzr istəyirəm. Haqsız yerə söydüyümə görə xalqımdan yenə də üzr istəyirəm. Etikadan kənar işlətdiyim ifadələrə görə üzr istəyirəm. Xalqımdan da, onun başında duranlardan da üzr istəyirəm. Düzdür, bu hərəkəti etməməli idim”.
Görəsən nə baş verib, bu subyekt niyə birdən-birə hamıdan üzr istəyəcək qədər dəyişib? Belə güman etmək olar ki, "milli şura" adlı müxalif təçkilatın "Məhsul" stadionundakı qeyri-məhsuldar mitinqi bu zatı da düşünməyə vadar edib. İkinci bir versiya bundan ibarətdir ki, Rəfail adlı bu üzdəniraqın iç üzünü öz qohumları açandan, onun barəsində ictimaiyyətə dürüst məlumat verəndən sonra bu da "qeyrətə" gələrək hamıdan üzr istəyib. İzləyək:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB