Bu gecə ölkəmizdə yay vaxtı ləğv ediləcək

Bu gecə ölkəmizdə yay vaxtı ləğv ediləcək
Bu gecə Azərbaycanda yay vaxtı ləğv ediləcək. SİA-nın verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq bu gecə saat 05.00-da əqrəblər bir saat geri çəkiləcək.

Xatırladaq ki, saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Qonşu Rusiyada ilk dəfə 1917-ci ildə yay vaxtına keçilib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Yay və qış vaxtına keçid qaydalarına qoşulmayan ölkələr də var. Onların sırasına Gürcüstan, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə