Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaz Emalı Zavodunda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti qüvvələri ilə birgə yanğın əleyhinə taktiki təlim keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək yanğınlar zamanı Qaz Emalı Zavodu və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti qüvvələrinin qarşılıqlı və operativ fəaliyyətini təşkil etməkdən ibarət olub.
Təlim planına əsasən, zavodun çən parklarında şərti olaraq yanğın təşkil edilmişdir. Müəssisənin müvafiq strukturlarının əməkdaşları mövcud standartlara uyğun olaraq zavodun dairəvi yanğın su xəttində lazım olan həcmdə və müvafiq təzyiqlə suyun ötürülməsi və əmtəə parkının ərazisində quraşdırılmış yanğın şitlərindən yanğından mühafizə qaydaları normativlərinə uyğun şəkildə istifadə ediblər. FHN-nin Yanğından Mühafizə Xidmətinin qüvvələri də "hadisə" yerində yanğının söndürülmə prosesini qısa müddət ərzində tam dəqiqliklə həyata keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB