İraq məhkəməsi tərəfindən ölüm hökmünə məhkum edilmiş keçmiş baş nazirin müavini Tarik Əziz aclıq aksiyasına başlayıb. SİA-nın "cnntürk"ə istinadən verdiyi xəbərə görə, bu barədə onun İordaniyada yaşayan oğlu Ziyad Əziz məlumat verib.
Qeyd edək ki, İraqın Ali Məhkəməsi oktyabrın 26-da Tarik Əziz haqqında edam qərarı verib. Məhkəmə onu 1982-ci ildə şiələrə qarşı divan tutmaqda təqsirli bilib.
Dünyanın bir sıra ölkələri, o cümlədən BMT, Avropa Birliyi və Vatikan məhkəmənin Tarik Əzizilə bağlı hökmünə etirazlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB