ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli ölkəsinin və avropalı müttəfiqlərin İranın nüvə proqramı ilə bağlı müzakirələr üçün yeni təklif üzərində çalışdıqlarını bildirib.
SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Krouli yaxın zamanda müzakirələr olacağı təqdirdə Vaşinqtonun nüvə yanacağı mübadiləsi ilə bağlı yeni təklif verə biləcəyini deyib, amma hələlik detallar üzərində çalışdıqlarını qeyd edib.
Krouli qeyd edib ki, Tehrandakı araşdırma reaktoru ilə bağlı yanacaq mübadiləsi yenidən canlandırılsa belə, bu, İranın nüvə niyyətləri ilə bağlı daha geniş miqyaslı narahatlıqları ortadan qaldırmayacaq.
"New York Times" qəzeti isə ABŞ və müttəfiqlərinin Tehrana yeni təklif üzərində anlaşmağa şox yaxın olduqlarını yazıb. Xəbərdə qeyd olunub ki, yeni təklifdə İrandan ölkə xaricinə 1200 deyil, 2 min kiloqram uran göndərməsi istənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB