MDB Müşahidə Missiyası qərargah rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Rüstəm Usubovla görüşüb
Parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, R. Usubov Milli Məclisə keçiriləcək seçkilərlə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Azərbaycanın MDB ilə əməkdaşlığının daim yüksək səviyyədə olduğunu bildirən Yevgeni Sloboda müşahidə missiyası üçün lazımi şərait yaradıldığına görə təşəkkürünü bildirib, seçki zamanı yerli və beynəlxalq müşahidənin aparılmasının əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və digər aktual məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB