Tahir Kərimli: "Bu, heç bir çərçivəyə sığmayan tərbiyyəsizlikdir" AÇIQLAMA
"Vidadi İskəndərlinin hərəkətləri başdan ayağa tərbiyəsizlikdir, heç bir əxlaqa, mədəniyyətə, əqidəyə və ideologiyaya sığmayan əməldir". Buni SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, V.İskəndərlinin paylaşdığı videonu izləyib: "Mən çox pis oldum. Bu yaxınlarda demişdim ki, Qarabağın cəbhəsi Afrindən keçir, mən oğlumla orda döyüşməyə hazıram. Başladılar məni söyməyə, həmin o cəbhəçilər. Ay bala, mən nə pis söz demişəm? Mənim oğluma, özümə niyə bu tərbiyəsiz sözləri deyirsiniz? Günahımız nədir? Mən güman edirəm ki, bütün bunların hamısı hansısa üçüncü bir qüvvənin işidir. Kimsə istəyir ki, qarışıdurma yaransın. V.İskəndərlinin əməllərini pisləyirik, istər partiya olaraq, istərsə də özümüz. V.İskəndərlinin əməlləri çox böyük bir tərbiyəsizlikdir, ağılsızlıqdır. Sizə etiraf edim ki, mən utandığımdan o videonun davamına baxa bilmədim. Bilirəm, məlumatım var, mətbuat xidməti də deyib. İnsan bu dərəcədə aşağılanmaz. Mənə elə gəlir ki, ən yaxşı metod heç olmasa, üzr istəməkdir".
T.Kərimli onu da bildirib ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov öz müraciətində mənim Ali Məhkəmənin sədri ola-ola milli azadlıq hərəkatına qoşulmağıma yüksək qiymət verdiyinə görə, ona təşəkkür edirəm: "Həqiqətən də belə olub. O vaxtlar 400 mindən yuxarı milli azadlıq hərəkatının fəalı var idi. Demək olar ki, hərəkatda tək-tək vəzifə adamları var idi, onlardan biri də mən idim. Mən Siyavuş müəllimə minnətdarlığımı bildirirəm. Eyni zamanda Siyavuş müəllim dövlətin keçmiş rəhbərlərinə, milli azadlıq hərəkatı liderlərinə, fəallarına demək olar ki, hamısına bir-bir müraciət edir. Hiss edirsən ki, Azərbaycanda siyasi mübarizənin əxlaqsızcasına aparılması ona çox təsir edir. Mən özüm bu müsahibəni oxuyanda həqiqətən çox təsirləndim. Mən çox pis oluram, olduqca pis oluram ki, doğrudan da adam mübarizəni kişi kimi aparar. Bu gün başa düşmək lazımdır ki, Azərbaycanda sabitlik var və bu olmasa, çox şey itirərik. Ölkəyə sabitlik lazımdır. Əgər çatışmazlıqlar varsa bunlar, inşaallah, yavaş-yavaş həl olunacaq. Lakin kiminsə belə nanəcib hərəkətinə görə dövlət rəhbərliyinə zərbə vurmaq heç kimə yaraşmaz. Mən bunu qəti şəkildə pisləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB