İnsanda ağıl, dərrakə, düşüncə, dünyagörüşü, daha nələr-nələr yaxşı şeydi. Vay o gündən ki, bu sadaladıqlarım söz deyən, cızma-qara edən şəxsdə olmaya. Son günlər sosial şəbəkələrdə qondarma hüquq müdafiəçisi Vidadi İsgəndərlinin şər-böhtanlarından ibarət video-çarxlarla rastlaşmışam. İnsan nə qədər ağılsız, düşüncəsiz olmalıdır ki, özünün dediyinə görə, Sovet İttifaqı Qəhrəmanı olmuş doğmaca atasının ruhunu belə ortaya qoya, özü də yalan üzərindən. Ay şərəfsiz, yalan-böhtan danışırsan-danışırsan, bəs daha ölmüş atanın ruhunu niyə rahat buraxmırsan. Sənə tapşırılan rolunun öhdəsindən gəlmək üçün bu qədərmi ifrata varmaq lazım idi? İpin kimin əlindədir, onu özün bilərsən, kuklalığını elə, amma ölmüş atanla nə işin var? Dediyim kimi, insanda vicdan gözəl şeydir. Bəli, məhz insanda. Vicdanın nə olduğunu bilirsənmi? Təbii ki, yox. Ancaq öz aramızdı, ən azından insana baxanda, ilk baxışdan onun vicdanlı olub-olmadığını bilmək olur. "Sima"sızlığının qırmızılığından, həyasızlığının vuluqarlığından şəxsiyyətsizliyin açıqca sezilir. Az da olsa vicdanın varsa, vicdanının səsinə qulaq as, daha içindəki şeytanın səsi ilə danışma, min bir alçaqlığa getmə. Səndə vicdan deyilən heç nə qalmayıb. İnsanda vicdan susmasın, susarsa, bu, bütün müqəddəs dəyərlərin öldüyü deməkdi. Əgər vicdan susdusa, deməli, o şəxsdə nə namus, nə qeyrət, nə ar, nə torpaq sevgisi, nə də vətən qeyrəti olacaq. İçindəki vicdanı susan adamdan bunları heç gözləməyə də dəyməz. Vicdan bütün hisslərin ən ümdəsidir. Vicdanını itirdinsə, deməli, insanlığını itirmiş olursan. İnsanı heyvandan fərqləndirən şüurudur. Yaxşı, vicdanını kimlərin nəyinəsə satmısan. Heç olmasa insanlığını itirməyəydin. Ən azından insan olmağı bacaraydın, insan kimi hərəkət edəydin. Hər atdığın addımın, dediyin sözün, yazdığın yazının, çəkdiyin video-çarxların qərarını kimlər sənə diqtə
edirsə, özün bilərsən, amma arada yatmış vicdanını oyatmağa çalış. Yadında möhkəm saxla, səni oynadan vicdansızlar elə vicdansızlıqlarında qalacaqlar. Birdən olar ki, nə vaxtsa vicdanın oyanar və onun səsinə qulaq asarsan, bax, onda əzab çəkəcəksən. Onu da bil ki, vicdan əzabı əzabların ən dəhşətlisidir.
AFƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB