REAL hərəkatının “Milli Şura”nın mitinqinə qatılmayacağı qərarından sonra Müsavat kuluarlarında da eyni fikirlər yaranmağa başlayıb. SİA xəbər verir ki, Müsavat partiyasında adının açıqlanmasını istəməyən mənbə AXCP sədri Əli Kərimlinin hələ martın 4-də mitinq keçirmək üçün BŞİH-yə rəsmi müraciətinin ardınca, müsavatçılar arasında ziddiyyətli fikirlər yaşanır. Xüsusilə, iddia edilir ki, əgər Müsavat daha öncə “Milli Şura”nın mitinqinə qatılmırdısa, bundan sonrakı mitinqlərə qatılması heç bir siyasi uğur gətirməyəcək.
Xatırladaq ki, “MSDM” sədri İsa Qəmbərin Türkiyədə ağır xəstə olması və müalicəsinin səəhhətinə müsbət təsir bağışlamaması da yekdil qərarın verilməsinə ciddi maneələr törədib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB